Müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistika açıqlanıb.
Təhsil İnstitutundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ötən il vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunan bütün vakansiyalar namizədlər tərəfindən tutulub.
Məlumata görə, Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.