Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib

1 dəq
Paylaş:
Müdafiə Nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib
hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib,...

Müdafiə Nazirliyinin zabit heyəti Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər