Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.