Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

1 dəq
Paylaş:
Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi döyüş sursatlarının məhv edilməsi haqqında təcili məlumat yayıb. Oktyabrın 14-18-i Seyfəli poliqonunda partlayışlar olacaq.

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixindən 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər