Erməni silahlı dəstələrinin növbəti təxribatı olub

Erməni silahlı dəstələrinin növbəti təxribatı olub
07.03.2023 18:53
Aa
dəq

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM'"-ə Müdafiə Nazirliyindən bildiilib. 

Qeyd olunub ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.

Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.

Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir.

Həftənin ən çox oxunanları

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
DAVAMIN OXU davamın oxu

Lukaşenko Şuşa şəhərinə traktor hədiyyə edib

Lukaşenko Şuşa şəhərinə traktor hədiyyə edib
DAVAMIN OXU davamın oxu

Prezidentlər işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Prezidentlər işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
DAVAMIN OXU davamın oxu

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər
DAVAMIN OXU davamın oxu

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar
DAVAMIN OXU davamın oxu