Əsas məzmuna keç

Müdafiə nazirinin sabiq müavini vəfat edib

Müdafiə nazirinin sabiq müavini vəfat edib

Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki,...

Azərbaycanın müdafiə nazirinin sabiq müavini vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mehman Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2016-cı ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…