Əsas məzmuna keç

MSK səslərin 93,3 faizini sayıb: İlham Əliyev 92,05% səslə liderdir

MSK səslərin 93,3 faizini sayıb: İlham Əliyev 92,05% səslə liderdir

Azərbaycanın hazırkı Prezidenti İlham səslərin 92,05% faizini qazanmaqla növbədənkənar seçkilərində edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Mərkəzi Komissiyasının sədri Məzahir Pənahov elan edib.

Bu gün Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…