Operativ Məlumat Mərkəzi

İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib edib - YENİLƏNİB

2 dəq
Paylaş:
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib edib - YENİLƏNİB

Rusiyanın “Railgo” şirkəti ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.

Şirkətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu gün - 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.

Eyni zamanda, qeyd edilib ki, şirkətlə bağlı heç bir əməliyyat-istintaq tədbiri keçirilməyib.

Qeyd edək ki, “Railgo”nun ofisində axtarış aparılması barədə "Mash" teleqram kanalı məlumat və foto yaymışdı.

***

Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.

Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər