“Moskva ABŞ-də əldə olunan nəticələri pozmaq üçün çalışacaq" - Deputat

“Moskva ABŞ-də əldə olunan nəticələri pozmaq üçün çalışacaq" -  Deputat
02.05.2023 16:30
Aa
dəq

“Vaşinqtonda Azərbaycan və Ermənistan XiN başçıları arasında keçirilən görüşdə müsbət nəticələr ola bilər, hətta mən deyərdim ki, müsbət nəticələr əldə olunub. Və ya əldə olunmağa doğru gedir”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, ABŞ-nin dövlət katibi Antoni Blinken bu yöndə müsbət açıqlamalar verib. Sadəcə Ermənistan apardığı siyasətdə davamlı və israrlı deyil.

“Ararat Mirzoyan Vaşinqtondan İrəvana qayıdan zaman Paşinyanla, digər rəsmilərlə danışacaq, hərəsi bir yanaşma təklif edəcək və razılaşma pozulacaq. İkinci təhlükə isə Moskvadan gələcək. Moskva istənilən halda Kremldən başqa digər yerlərdən gələn bütün müsbət təkliflərə qarşıdır. Moskva düşünür ki, Qarabağ məsələsində, Azərbaycan-Ermənistan münasibətlərində söz sahibi Rusiyadır. Ona görə də Vasinqtonda əldə olunan müsbət nəticələrin pozulması üçün rəsmi Kreml bütün addımları atacaq və nəticə etibarı ilə əldə olunan razılığın üstündən xətt çəkiləcək. ABŞ-nin isə bu məsələdə israrlı olaraq Ermənistana dəstək, Ermənistanı inandırmaq və ya təyziq göstərmək cəhdi də yoxdur. Onlar düşünür ki, Vaşinqtonda əldə olunan nəticə həmişəlik qalır, amma onu düşünmürlər ki, bu, yalnız XİN başçılarının ABŞ-də olduğu müddətdə keçərlidir”.

Deputat qeyd edib ki, Moskva ABŞ-də əldə olunan razılaşmaları pozmaq üçün əlindən gələni edəcək.

“Moskva isə ABŞ-də əldə olunan nəticələri pozmaq üçün çalışacaq. Ermənistan da sonda Moskvaya qulaq asır və ona tabe olur. Məsələnin qəlizliyi burdadır. Ona görə də Vaşinqtondan gələn həll yolları Azərbaycan üçün də məqbuldur, biz buna etiraz etmirik, lakin Vaşinqton verdiyi qərarların, tərəflərlə apardığı işin davamlı olaraq həyata keçirilməsinə, tərəflərə davamlı  dəstək göstərmir. Dəstək yalnız sözdə olmur, təyziq vasitələri də olmalıdır, amma rəsmi Vaşinqton heç bir təyziq vasitəsindən istifadə etmədiyinə görə Moskva öz siyasətində onu üstələyən bütün yollarla razılaşmanı pozmağa cəhd göstərir”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu