ABŞ-nin Viskonsin ştatında baş verən güclü qasırğa yaşayış məntəqələri və infrastruktura ciddi ziyan vurub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Bildirilib ki, qasırğa xüsusilə ştatın Uinnibaqo bölgəsində güclü təsir göstərib. Menasha rayonunun polis rəisi Matt Albrecht bildirib ki, bir sıra yaşayış evləri və kommersiya obyektləri təbii fəlakət nəticəsində ciddi zərər görüb.
Qeyd olunub ki, rəsmi məlumatlara əsasən, qasırğa nəticəsində 30 mindən çox ev elektrik enerjisiz qalıb. Ştat rəsmisi Qordon Hintz isə hazırda insan tələfatı və ya xəsarət alanlarla bağlı məlumatın olmadığını, enerji təchizatının tam bərpasının isə bir neçə gün çəkə biləcəyini bildirib.