Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Monako" "Barselona"ya Ansu Fati üçün ödəniş etməyə hazırdır

2 dəq
Paylaş:
"Monako" "Barselona"ya Ansu Fati üçün ödəniş etməyə hazırdır

"Parij" klubuna qarşı ağır məğlubiyyətə baxmayaraq, "" rəhbərliyi heyəti qoruyub saxlamaq üzərində işləri davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gündəmdəki əsas məsələlərdən biri Ansu Fatinin gələcəyidir.

""dan icarəyə götürülmüş ispan futbolçu Fransa çempionatına mükəmməl uyğunlaşıb və 19 matçda 8 qol vurmağı başarıb.

Baş məşqçi Sebastyan Pokonyolinin rəhbərlik etdiyi məşqçilər korpusu oyunçunun inkişafından, xüsusən də onun fiziki formasından və müdafiədəki fəallığından razıdır.

hücumçunu 11 milyon avroya birdəfəlik etməyi ciddi şəkildə nəzərdən keçirir, lakin müqavilənin maliyyə tərəfi əsas maneə olaraq qalır.

Rəhbərlikdən verilən məlumata görə, Ansu Fatinin komandaya verdiyi töhfə yüksək qiymətləndirilir və onun qalmaq istəyi aydın görünür.

Bununla belə, müqavilənin tam alınması onun yüksək maaşı səbəbindən büdcəyə ciddi yük yaradacaq.

Hazırda klub onun məvacibinin yalnız yarısını ödəyir və tam keçid oyunçudan müəyyən maliyyə güzəştləri tələb edəcək.

Yaxın iki həftə ərzində futbolçunun nümayəndələri ilə görüş keçiriləcək. Bu görüşdə Fatinin "Monako"da karyerasını davam etdirmək üçün tələblərini azaltmağa hazır olub-olmadığı aydınlaşacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax