Operativ Məlumat Mərkəzi

Moldova hökuməti MDB ilə daha bir sazişi denonsasiya etməyə hazırlaşır

1 dəq
Paylaş:
Moldova hökuməti MDB ilə daha bir sazişi denonsasiya etməyə hazırlaşır

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi üzrə informasiya mübadiləsi haqqında sazişi denonsasiya etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" Moldova KİV-ə istinadən xəbər verir ki, ölkənin XİN rəhbəri Ana Revenko Nazirlər Kabinetinin iclasında bu qərarı təqdim edib.

XİN başçısı qeyd edib ki, ölkəsinin belə informasiya mübadiləsinə ehtiyacı yoxdur, çünki qonşu ölkə olan Ukrayna MDB-ni tərk edir və belə olan halda Moldovanın MDB ölkələri ilə başqa ümumi sərhədləri yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər