"İsrailin Livandakı fəaliyyətləri heç bir şəkildə qəbul edilə bilməz".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belçikanın xarici işlər naziri Maxime Prevot deyib.
Prevot qeyd edib ki, İsrailin Livanda Hizbullaha cavab olaraq həyata keçirdiyi hücumlar qeyri-mütənasib və ayrı-seçkilik etmədən davam edir.
O, Aİ-İsrail tərəfdaşlıq sazişi ilə bağlı məsələyə də toxunaraq bildirib ki, Belçika bu razılaşmanın bəzi hissələrinin dayandırılmasının davam etdirilməsini dəstəkləyir.
Prevot vurğulayıb ki, hazırkı şəraitdə sazişin tam şəkildə dayandırılması mümkün deyil:
"Buna görə də, ən azı onun bəzi hissələrinin qüvvədən müvəqqəti çıxarılmasının qorunub saxlanmasını məqsədəuyğun hesab edirlər".