Operativ Məlumat Mərkəzi

MN: "Xankəndi şəhəri atəşə tutulmayıb"

1 dəq
Paylaş:
MN: "Xankəndi şəhəri atəşə tutulmayıb"
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar...

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.

Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - məlumatda vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər