Operativ Məlumat Mərkəzi

MN: "Qanunsuz erməni silahlıları fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər"

1 dəq
Paylaş:
MN: "Qanunsuz erməni silahlıları fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər"
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində...

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər