Əsas məzmuna keç

MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini 19 dəfə atəşə tutub"

MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini 19 dəfə atəşə tutub"

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə "Operativ Məlumat...

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 4-ü silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.

Digər 15 insident isə sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…