Operativ Məlumat Mərkəzi

MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

1 dəq
Paylaş:
MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb
{"az":"bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. Bundan başqa,...","en":"","ru":""}

Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə martın 30-u saat 21:25 radələrində Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.

Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər