Ermənistan Silahlı Qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov mətbuat üçün təşkil olunmuş brifinqdə deyib.
Anar Eyvazov qeyd edib ki, 7 nəqliyyat, 4 minataan , 1 tank, 2 piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib.