MN: Ermənistanın Azərbaycana qeyri-qanuni yükdaşıması intensivləşib

MN: Ermənistanın Azərbaycana qeyri-qanuni yükdaşıması intensivləşib
25.03.2023 16:53
Aa
dəq

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. 

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Həftənin ən çox oxunanları

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlə oğlu təməlqoyma mərasimində

Prezidentlə oğlu təməlqoyma mərasimində
DAVAMIN OXU davamın oxu

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu