Əsas məzmuna keç

MN: “Azad olunan ərazilərdə hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir”

MN: “Azad olunan ərazilərdə hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir”

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək...

Ordusunun hərbi polis bölmələrinin azad ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi vasitələrinin hərəkəti istiqamətləndirilir.

Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə edilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…