Əsas məzmuna keç

Milli Kibertəhlükəsizlik Agentliyi qanunsuz mərc oyunlarına qarşı mübarizə aparacaq

Milli Kibertəhlükəsizlik Agentliyi qanunsuz mərc oyunlarına qarşı mübarizə aparacaq

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən MKA-nın Nizamnaməsinə əsasən, qurum ölkə ərazisində qanunsuz onlayn mərc və lotereya fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər görəcək.

en ru

Azərbaycanda qanunsuz onlayn xarici lotereya və idman oyunlarının fəaliyyətinə qarşı mübarizə tədbirləri gücləndirilir. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Agentliyinin (MKA) Nizamnaməsində müvafiq müddəalar əksini tapıb.

Nizamnaməyə əsasən, MKA aşağıdakı istiqamətlərdə tədbirlər görməyi öhdəsinə götürür:

  • Azərbaycanın rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatorunun müraciəti əsasında telekommunikasiya vasitəsilə oyunlarının təşkili və keçirilməsinin qarşısının alınması;
  • Qumar oyunlarında iştirak üçün bilet satışının təşkili və ya birbaşa satışın məhdudlaşdırılması;
  • ərazisindən xarici lotereya təşkilatçılarına, idman mərc oyunları operatorlarına və onların satıcılarına məxsus virtual mühitə çıxışın qanunvericiliyə uyğun qaydada bloklanması.

Agentlik qanunla müəyyən edilmiş qaydada bu sahədəki qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün zəruri addımların atılmasını təmin etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…