Mixail Şvıdkoy: "Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam"

Mixail Şvıdkoy: "Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam"
16.05.2023 20:09
Aa
dəq

"Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda yer alıb.

Məktubda deyilir:

"İcazə verin, Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını müasir Azərbaycanın taleyini müəyyənləşdirmiş, 1993-cü ildən 2003-cü ilədək respublikanın Prezidenti olmuş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edim.

Heydər Əliyevin şəxsiyyətinin və həyat fəaliyyətinin dəyərini təyin etmək mümkün deyil. O, Azərbaycanı bütün dünyada hörmət edilən, çiçəklənən, gələcəyə yönələn dövlətə çevirməyi bacardı. Mənə Heydər Əliyevlə bir neçə dəfə görüşmək nəsib olmuşdur. Həqiqətən dünya səviyyəli bu siyasi xadimin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam.

Mən çox şadam ki, Siz Heydər Əliyevdən miras qalan dəyərləri daha da artıra bildiniz. O, Sizinlə qürur duyurdu.

Bir daha Sizi Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına rifah, tərəqqi arzulayıram".

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu