Mixail Qusman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Mixail Qusman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
25.12.2023 16:32
Aa
dəq

Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz mübarək olsun! Sizin üçün bu əlamətdar gündə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzun illər ərzində ölkənin həyatında sabitliyin və rifahın təminatçısı, Azərbaycan xalqının etibarlı müdafiəçisi, dünyada gedən iqtisadi və siyasi proseslərin fəal iştirakçısı, Rusiyanın etibarlı tərəfdaşısınız. Sizin müdrik siyasətiniz, strateji düşüncə tərziniz, məqsədyönlülüyünüz və uzaqgörənliyiniz artıq çoxdandır ki, ən yüksək şəkildə qiymətləndirilib, Azərbaycan xalqı tərəfindən ehtiram və minnətdarlıqla, dünya ictimaiyyətinin rəğbəti ilə qarşılanıb.

Sizə səmimi-qəlbdən xoşbəxt həyat və ən başlıcası, uzun ömür arzulayıram. Qoy, həyatınız sevincli hadisələrlə, xeyirxah əməllərlə və böyük nailiyyətlərlə zənginləşsin!

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram".

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu