Misir və Rusiya prezidentləri Əbdülfəttah əl-Sisi və Vladimir Putin telefon danışığında Qəzza zolağındakı vəziyyəti və bölgəyə humanitar yardımın çatdırılmasını müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Misir prezidentinin sözçüsü Əhməd Fəhmi bildirib.
Görüşdə gərgin siyasi və humanitar vəziyyətin fonunda regiondakı vəziyyət, xüsusən də Qəzza zolağı müzakirə olunub.