Misir hakimiyyəti Qəzzanın cənubundakı Rəfah yaxınlığında divar tikməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “New York Times” peyk görüntülərinə və tikinti iştirakçılarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, peyk fotolarında buldozerlərin sərhəd qapısının cənubundakı Rəfah sərhəd qapısı arasındakı bufer zonada geniş ərazini təmizlədiyi görünür. Görüntülərin təhlili işlərə fevralın 5-də başlandığını göstərib.
Tikintidə iştirak edən podratçı və mühəndis müxbirə bildirib ki, Misir ordusu onlara beş kvadrat kilometr ərazini əhatə edəcək beş metr hündürlüyündə beton divar tikməyi tapşırıb.
Eyni zamanda, nəşrin müəllifləri qeyd ediblər ki, bu strukturun sərhədi keçən qəzzalıları əhatə etmək üçün nəzərdə tutulub-tutulmaması hələlik məlum deyil.