Operativ Məlumat Mərkəzi

Mirzoyan Fransa XİN-in dövlət katibi ilə sülh sazişini müzakirə edib

1 dəq
Paylaş:
Mirzoyan Fransa XİN-in dövlət katibi ilə sülh sazişini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa İşləri üzrə dövlət naziri Lourens Boon ilə İrəvan və Bakı arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Danışıqlar ATƏT-in Skopyedə keçirilən 30-cu sessiyası çərçivəsində baş tutub.

Mirzoyan bildirdib ki, İrəvan ötən həftə sülh müqaviləsi layihəsi ilə bağlı altıncı təklif paketini Bakıya təhvil verib.

Onlar həmçinin ikitərəfli siyasi dialoqun və əsas istiqamətlər üzrə əməkdaşlığın gündəliyi ilə bağlı məsələləri nəzərdən keçirib, regional təhlükəsizlik və sabitlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər