Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası regionda yeni dinamika yaradıb, əməkdaşlıq, ticarət, əlaqələndirmə və iqtisadi inkişaf üçün yeni imkanlar açıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə ifadə edib.
Nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regional əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır.