Əsas məzmuna keç

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib

Bu gündən 2025–2026-cı ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verildib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 65 572 namizədin iştirak edəcəyi test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 mərkəzində olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83 % davamiyyət qeydə alınıb.

Məlumat üçün bildiririk ki, 3 iyul 2025-ci il tarixində keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunmuşdur. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılmış və itirilmiş vaxtın bərpası təmin edilmişdir.
Nəzərinizə ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…