Əsas məzmuna keç

“Minimum əmək haqqı nə qədər artacaq?”- AÇIQLAMA

“Minimum əmək haqqı nə qədər artacaq?”- AÇIQLAMA

Minimum əmək haqqının artırılması noyabrda gözlənilir. İqtisadçı ekspert Eldəniz Əmirovdan açıqlama.

əmək haqqının artırılmasına dair qarşıdakı aylarda qərarın veriləcəyini gözləmək olar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı təkliflər rəsmi məlumata görə noyabrın 1-ə qədər təqdim olunmalıdır.

İqtisadçı-ekspert bildirib ki, nə qədər artırılacağına dair heç bir məlumat olmasa da, ötən illərin artım dinamikasını təhlil etsək, təxminən 16% ətrafında bir artım daha realdır.

Beləki, 2022-ci ilin 1 yanvarında minimum əmək 20% artırılaraq 250 manatdan 300 manata çatdırıldı. 2023-cü ilin 1 yanvarından isə 15% artırılıb 345 manata çatdı. 2024-cü ildə artım olmadığı üçün 2025-ci ilin 1 yanvarından minimum əmək haqqının 400 manata çatdırılmasını gözləmək olar. Bu isə 16%-li bir artım deməkdir.

“Minimum əməkhaqqı artırılan zaman bununla əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar”, - deyə qeyd edib.

Aminə Nəzərova

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…