Milli Müdafiə Universiteti hərbi mütəxəssislərin yetişdirilməsi məqsədilə təhsil infrastrukturu təsis edib

Milli Müdafiə Universiteti hərbi mütəxəssislərin yetişdirilməsi məqsədilə təhsil infrastrukturu təsis edib
13.04.2024 18:56
Aa
dəq

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024-2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, nazirliyin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis edib. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.

Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

100 manat məbləğində təqaüd;

200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

150 manat məbləğində hesabda yığılan ödəniş.

Qəbul haqqında məlumat: Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.

Həftənin ən çox oxunanları

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
DAVAMIN OXU davamın oxu

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edəcək

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İran generalları müzakirələr aparıblar

Azərbaycan və İran generalları müzakirələr aparıblar
DAVAMIN OXU davamın oxu

“EFES - 2024” təlimi davam edir

“EFES - 2024” təlimi davam edir
DAVAMIN OXU davamın oxu

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib
DAVAMIN OXU davamın oxu