Operativ Məlumat Mərkəzi

Milli Müdafiə Naziri: Türkiyə hərbi əməliyyat üçün icazə istəməyəcək

1 dəq
Paylaş:
Milli Müdafiə Naziri: Türkiyə hərbi əməliyyat üçün icazə istəməyəcək
bunu “Hürriyyət” qəzetinə müsahibəsində Milli Müdafiə naziri Yaşar Gülər ​​deyib. Nazirin qeyd etdiyi kimi, Türkiyə Silahlı Qüvvələri yayda İraqın...

Türkiyə sərhədləri yaxınlığında terrorla mübarizə əməliyyatı keçirmək üçün icazə istəməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Hürriyyət” qəzetinə müsahibəsində Milli Müdafiə naziri Yaşar Gülər ​​deyib.

Nazirin qeyd etdiyi kimi, Türkiyə Silahlı Qüvvələri yayda İraqın şimalında ölkədə qadağan olunmuş PKK-ya qarşı genişmiqyaslı quru əməliyyatı keçirməyi planlaşdırır.

ABŞ-ın mümkün reaksiyasını dəyərləndirən Gülər, “Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə tələb etmirik, lazım olanı edirik. Biz heç kimin əmrinə tabe olmamışıq və yerinə yetirməyəcəyik”,- deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər