Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclis FİN kodla sığorta uçotuna keçidi təsdiqlədi

2 dəq
Paylaş:
Milli Məclis FİN kodla sığorta uçotuna keçidi təsdiqlədi

sığortaolunanların sığortaçıda uçotunun yalnız Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə aparılmasını rəsmən qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Məcəlləsinə, "Dövlət sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirə olunub.

Məlumat verilib ki, hazırda sığortaedənlər muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edərkən Sosial Sığorta Nömrəsi ()FİN məlumatlarının hər ikisini daxil etməklə əlavə iş yaradırlar. Bu isə sistemdə məlumat bazasının lazımsız yüklənməsinə səbəb olur.

Bu səbəbdən sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bununla sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidlik və uyğunluq təmin ediləcək.

Eləcə də qurumlar arasında məlumat mübadiləsi asanlaşdırılaraq e-sistemlərin inteqrasiyası sürətlənəcək. Layihənin qəbulu sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək.

Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da məhz FİN üzərindən aparılır. Müzakirələrin sonunda qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax