ABŞ-nin proqram təminatı korporasiyası “Microsoft” növbəti iki ildə 2,1 milyard dollarlıq sərmayə qoymaqla İspaniyada süni intellekt (Sİ) və bulud infrastrukturunu genişləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şirkətin sədr müavini və prezidenti Bred Smit sosial şəbəkədə açıqlayıb.
“İnvestisiyamız sadəcə verilən (data – red.) mərkəzləri tikmək çərçivəsindən kənara çıxır, bu, İspaniyaya, onun təhlükəsizliyinə, hökumətinin, biznesinin və insanlarının inkişafı və rəqəmsal transformasiyasına 37 illik sadiqliyimizin sübutdur”, – şirkətin meneceri nəql edib.