Operativ Məlumat Mərkəzi

Metronun Memar Əcəmi stansiyasının keçidində təmirə başlanılıb

1 dəq
Paylaş:
Metronun Memar Əcəmi stansiyasının keçidində təmirə başlanılıb
bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib. O bildirib ki, sərnişinlərin və...

Bakı metrosunda Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

O bildirib ki, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq:

"Hərəkətin təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq.
Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər