Operativ Məlumat Mərkəzi

Məşhur rejissorun filmi 7 mükafat qazandı

1 dəq
Paylaş:
Məşhur rejissorun filmi 7 mükafat qazandı
mükafatların təqdimetmə mərasimi fevralın 19-da Londondakı "Royal Festival Hall"da baş tutub. Erix Remarkın eyniadlı romanı əsasında çəkilmiş dram "Ən...

Almaniyalı Edvard Bergerin rejissoru olduğu “Qərb cəbhəsində təbəddülat yoxdur" filmi Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında (BAFTA) 7 mükafata layiq görülüb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, mükafatların təqdimetmə mərasimi fevralın 19-da Londondakı "Royal Festival Hall"da baş tutub.

Erix Remarkın eyniadlı romanı əsasında çəkilmiş dram "Ən yaxşı film", “Ən yaxşı xarici film”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari”, “Ən yaxşı səs”, “Ən yaxşı film musiqisi” və “Ən yaxşı operator işi” nominasiyalarını qazanıb.

Bergerin özünə isə filmə görə "Ən yaxşı rejissor" mükafatı verilib. Birinci dünya müharibəsinin dəhşətlərindən bəhs edən film “Oskar"da ən yaxşı xarici film nominasiyasına namizəddir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər