Amerikalı müğənni Ava Maks konsert performansı zamanı dinləyici tərəfindən hücuma məruz qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dinləyici ulduza sillə vurub.
Belə ki, Ava öz performansını göstərən zaman konsert izləyicilərindən biri səhnəyə qalxaraq Ava Maksa zərbə vurub. Hadisə zamanı özünü itirməyən müğənni peşəkarlıqla rəqsinə davam edib.