Əsas məzmuna keç

Məşhur aktrisaya avtomobil idarə etmək qadağan edildi

Məşhur aktrisaya avtomobil idarə etmək qadağan edildi

"Harry Potter"in ulduzu, aktirsa Emma Uotson həddini aşdığı üçün altı ay müddətinə idarə etmək hüququndan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

35 yaşlı aktrisa ötən ilin 31 iyul axşamı İngiltərənin Oksford şəhərində "Audi" markalı avtomobili ilə saatda 30 mil (təxminən 48 km/saat) sürət həddi olan bir ərazidə saatda 38 mil (təxminən 61 km/saat) sürətlə hərəkət edərkən saxlanılıb.

Aktirsa ötən gün High Wycombe Cinayət Məhkəməsində keçirilən qısa iclasına qatılmayıb.

Məhkəmə aktrisaya 1.044 funt sterlinq (təxminən 1.400 dollar) məbləğində cərimə kəsib və onun sürücülük vəsiqəsini altı ay müddətinə ləğv edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…