Operativ Məlumat Mərkəzi

Meşə yanğınlarını aşkar etmək üçün süni intellektə müraciət etdilər

1 dəq
Paylaş:
Meşə yanğınlarını aşkar etmək üçün süni intellektə müraciət etdilər
müvafiq qurumlar meşəlik ərazilərə 1000-dən çox kamera quraşdırıblar. Süni intellekt isə həmin kameraları analiz edir və təhlükə hiss etdikdə...

Kaliforniyada meşə yanğınlarını aşkar etmək üçün süni intellektə müraciət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qurumlar meşəlik ərazilərə 1000-dən çox kamera quraşdırıblar.

Süni intellekt isə həmin kameraları analiz edir və təhlükə hiss etdikdə yanğınsöndürənlərə bu barədə məlumat göndərir.

Keçən aydan tətbiq edilən bu üsul artıq işə yarayıb. Belə ki, süni intellek Klivlend Milli Meşəsində baş verən yanğınla bağlı operativ məlumatı müvafiq qurumlara göndərib və yanğınsöndürənlər yanğının miqyası böyümədən qarşısını alıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər