Əsas məzmuna keç

ABŞ Mərkəzi Bankından AÇIQLAMA - DOLLAR BAHALAŞDI

ABŞ Mərkəzi Bankından AÇIQLAMA - DOLLAR BAHALAŞDI

ABŞ Mərkəzi Bankının açıqlamasından sonra dollar bahalaşıb. Fed faiz endirimləri ilə bağlı gözləntiləri doğrultmadı - təhlil.

Mərkəzi Bankının rəhbəri Cerom Pauelin dünənki çıxışından sonra dollar bir qədər bahalaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, birjalar Amerikada faizlərin daha böyük sürətlə endiriləcəyini gözləyirdi. Amma Pauelin açıqlaması bu gözləntiləri doğrultmadı.

Amerikada faizlərin hər dəfə 70 faiz bəndi endirilməsi ilə bağlı idi. Paul isə açıqlamasında bu proqnozu təkzib etdi. O, ilin sonuna qədər hər dəfə 50 bənd olmaqla 2 dəfə faizləri endirəcəklərini bildirdi. Amerika mərkəzi bankının necə davranması iqtisadi göstəricilərdən asılı olacaq.

Bank rəsmisi əlavə edib ki, faizlərin endirilməsi prosesi müəyyən müddətə baş tutacaq və tələsməyə ehtiyac yoxdur. Pauelin bu açıqlamasından sonra dolların ucuzlaşmasına dair gözləntilər an azı bir müddət aradan qalxdı. Buna görə də dollar digər aparıcı valyutalara nəzərən bahalaşdı.

Qeyd edək ki, dolların ucuzlaşacağına dair yaranan gözlənti qızılı və nefti bahalaşdırmışdı. Bu açıqlamadan sonra qızılın və neftin qiymətində azalma qeydə alınıb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…