Əsas məzmuna keç

Mərkəzdə yeni təyinatlar - Siyahı

Mərkəzdə yeni təyinatlar - Siyahı

yeni kadr təyinatları çərçivəsində Almaniyanın Bonn Universitetində doktorantura təhsili almış, Mərkəzin şöbə müdiri Dr.Rəşad Hüseynov monitorinq və...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni kadr təyinatları çərçivəsində Almaniyanın Bonn Universitetində doktorantura təhsili almış, Mərkəzin şöbə müdiri Dr.Rəşad Hüseynov və qiymətləndirmə üzrə icraçı direktorun müavini təyin edilib.

Həmçinin Monitorinq və qiymətləndirmə şöbəsinin tərkibində üç yeni sektor yaradılıb və yeni təyinatlarla bu şöbənin potensialı gücləndirilib.

Belə ki, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev şöbənin müdir müavini təyin olunub.

Qeyd edək ki, İstanbul Ticarət Universitetində təqaüd ilə beynəlxalq ticarət və Avropa Birliyi hüququ ixtisası üzrə doktorantura təhsil alan İ.Babayev bundan əvvəl sistemində bir sıra vəzifələrdə çalışıb. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov şöbənin Sahəvi proqramların monitorinqi sektoruna, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova isə Sosial-iqtisadi proqramların monitorinqi sektoruna rəhbər təyin olunub. Onların hər ikisi daha əvvəl İqtisadiyyat Nazirliyinin strukturlarında fəaliyyət göstəriblər.

Qeyd edilənlərlə yanaşı, ADA Universitetinin məzunları Şəbnəm Məmmədli və Elşən Yusifli, həmçinin yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, təqaüdçüsü Coşqun Cəfərov da Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifələrinə alıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…