Əsas məzmuna keç

Meral Akşənər "Altılı masa"ya geri döndü

Meral Akşənər "Altılı masa"ya geri döndü

"İYİ Partiya" sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında M. Akşenerin CHP sədri Kəmal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib. “Sədrimiz birazdan baş...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Türkiyənin İYİ Partiya sədri “Altılı masaya” geri dönüb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"a istinadən xəbər verir ki, "İYİ Partiya" sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında M. Akşenerin CHP sədri Kəmal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib.

“Sədrimiz birazdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, - deyə o vurğulayıb.

15:20***

"İYİ Partiya" sədri Meral Akşener “Altılı ”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın “İYİ Partiya”nın ofisini ziyarəti çərçivəsində edib.

Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının köməkçisi qismində hallanmasını istəyir.

"İYİ Partiya" sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…