İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin beynəlxalq hüququ pozduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Meloni bu açıqlamanı ölkə parlamentində verib.
O, daha geniş beynəlxalq böhrandan, təhdidlərin getdikcə daha dəhşətli hala gəldiyi və beynəlxalq hüququ pozan birtərəfli müdaxilələrin çoxaldığı barədə danışıb.
Baş nazir əlavə edib ki, İran rejiminə Amerika və İsrail müdaxilələri bu daha geniş böhranın bir hissəsi kimi qəbul edilməlidir:
"Beynəlxalq ictimaiyyət ayətullah rejiminin nüvə silahına sahib olmasına icazə verə bilməz".
O, həmçinin əlavə edib ki, İtaliya bu müharibəyə müdaxilə etmək niyyətində deyil.