Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Melaniya Trampın Rusiya-Ukrayna münaqişəsindəki humanitar rolu açıqlanıb

2 dəq
Paylaş:
Melaniya Trampın Rusiya-Ukrayna münaqişəsindəki humanitar rolu açıqlanıb

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin birinci xanımı Melaniya Trampın humanitar fəaliyyəti ilə bağlı paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dmitriyev "X" sosial şəbəkəsindəki hesabında Melaniya Trampın Rusiya və Ukrayna uşaqlarının ailələri ilə yenidən bir araya gəlməsi prosesində mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, Melaniya Trampın dəstəyi ilə indiyədək 33 uşaq ailəsinə qovuşub və bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır.

Dmitriyev keçmiş birinci xanımın fəaliyyətini qlobal humanitar və sülhməramlı təşəbbüslərin tərkib hissəsi kimi qiymətləndirib.

Ağ Evin yaydığı məlumata görə, siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq, Rusiya və Ukrayna uşaqlarının ailələrinə qaytarılması üzrə beşinci qrupun fəaliyyətinə dəstək verib.

Melaniya Tramp bildirib ki, uşaqların mənafeyi gərginliklərdən üstün tutulmalı, diplomatiya, mərhəmət və ailə dəyərləri isə bu prosesdə əsas rol oynamalıdır.

Xatırladaq ki, aprelin 29-da Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla zamanı Melaniya Trampı doğum günü münasibətilə təbrik edib və onun istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax