Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ-nin birinci xanımı Melania Tramp martın 2-də Nyu-York şəhərində keçiriləcək “United Nations Security Council” iclasına sədrlik edəcək. Bu, ABŞ-nin Şuraya rotasiya əsasında sədrlik etdiyi dövrə təsadüf edir.
Bildirilir ki, ABŞ-nin birinci xanımı ilk dəfə olaraq Təhlükəsizlik Şurasının iclasına rəhbərlik edəcək. İclasda təhsil, texnologiya, sülh və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Görüşün mövzusu “Münaqişə vəziyyətlərində uşaqlar, texnologiya və təhsil”dir.
Melaniya Tramp Rusiya ilə Ukrayna arasında davam edən müharibə zamanı qaçırıldığı iddia edilən ukraynalı uşaqların ailələrinə qaytarılması məsələsinə xüsusi diqqət yetirdiyini bildirib. Fevralın 12-də onun ofisi Melaniya Trampın dəstəyi ilə beş ukraynalı və bir rus uşağının valideynlərinə qaytarıldığını açıqlayıb.