Əsas məzmuna keç

Məktəblərdə mobil cihazlardan istifadəyə qadağa qoyuldu

Məktəblərdə mobil cihazlardan istifadəyə qadağa qoyuldu

Elm və Təhsil Nazirliyi şagirdlərin dərslərdə smartfon, planşet və ağıllı saatlardan istifadəsini tənzimləyən yeni qadağaları açıqladı. Görəsən, valideynləri nə gözləyir?

en ru

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Bu Qaydalar məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində (bundan sonra – müəssisə) təhsilalanların mobil və elektron cihazlardan istifadə qaydalarını tənzimləyir.

Mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur.

Mobil və elektron cihazlardan istifadəyə dair tələblərə gəlincə, təhsilalanların (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır.

Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.

Təhsilalanlar dərs (məşğələ) zamanı mobil və elektron cihazlardan yalnız təhsilverənin icazəsi ilə və onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edə bilərlər.

Təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda ( və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.

Müəssisədə qaydaların icrasına nəzarət müəssisənin daxili intizam qaydaları ilə müəyyən ediləcək.

Qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi tərəfindən 1 iş günü müddətində təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) bu barədə məlumatlandırılacaq və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçirəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…