Operativ Məlumat Mərkəzi

Mehriban Əliyeva və Əminə Ərdoğan İçərişəhərdə olub -YENİLƏNİB

2 dəq
Paylaş:
Mehriban Əliyeva və Əminə Ərdoğan İçərişəhərdə olub -YENİLƏNİB
qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu...

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

16:25***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər