Əsas məzmuna keç

Məhkəmə “Toplum tv” işi üzrə saxlanılanlar barədə qərar qəbul edib

Məhkəmə “Toplum tv” işi üzrə saxlanılanlar barədə qərar qəbul edib

şəhəri Xətai Rayon Məhkəməsi “ TV” işi üzrə saxlanılanlar barədə qətimkan tədbiri seçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Akif Qurbanov 4 ay, Ramil Babayev 4 ay, İlkin Əmrahov isə 4 ay müddətə həbs olunublar.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…