Operativ Məlumat Mərkəzi

Mehdiabadda üç maşın yanıb

1 dəq
Paylaş:
Mehdiabadda üç maşın yanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində üç minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobillərdən birində aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər