Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış etdi

1 dəq
Paylaş:
MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış etdi

Yaxın Şərqdə davam edən əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və bilinməyən məlumatlara edən paylaşımlar müşahidə olunur. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada əksini tapıb.

Bildirilib ki, subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır:

"Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax