Əsas məzmuna keç

Mədəniyyət layihələri üzrə qrant qaydaları dəyişdirilir - RƏSMİ

Mədəniyyət layihələri üzrə qrant qaydaları dəyişdirilir - RƏSMİ

Milli Məclisdə müzakirə edilən yeniliyə əsasən, yaradıcı sənaye üzrə maliyyələşmə şərtləri yenilənir. QHT və fiziki şəxslər üçün tətbiq olunacaq yeni qaydalar mətndə.

en ru

Azərbaycanda sahəsində layihələrin maliyyələşdirilməsi mexanizmi yenilənir və müsabiqə şərtləri dəyişdirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu yeniliklər "Mədəniyyət haqqında" qanuna təklif edilən son dəyişikliklərdə öz əksini tapıb.

Parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, mövcud tənzimləmədə boşluqlar var. Belə ki, "Qrant haqqında" qanun hər hansı məhdudiyyət qoymasa da, Nazirlər Kabinetinin təsdiqlədiyi mövcud qaydalar yalnız Qeyri-hökumət təşkilatlarını () əhatə edir.

Mədəniyyət sahəsindəki layihələrin maliyyələşdirilməsi üçün əhatə dairəsinin genişləndirilməsi zəruridir. Təklif edilən dəyişiklik, QHT-lərlə yanaşı, digər hüquqi şəxslər və fiziki şəxslər üçün də xüsusi qaydaların tətbiqini nəzərdə tutur.

Eyni zamanda, qanunvericilikdə "mədəni və yaradıcı " anlayışının hüquqi statusu dəqiqləşdirilir. Qeyd edək ki, bu termin artıq "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və " Mədəniyyəti – 2040" Konsepsiyası kimi dövlət sənədlərində istifadə olunur.

Yekun olaraq, qrant müsabiqələrinin keçirilmə qaydasını müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurum müəyyənləşdirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…